2024-cü ilin I yarımilinin yekunlarına dair genişləndirilmiş Elmi Şura keçirilib
Naxçıvan Müəllimlər İnstitutunda 2024-cü ilin I yarımilinin yekunlarına dair genişləndirilmiş Elmi Şura keçirilib
Şuranı giriş sözü ilə açan institutun rektoru Azad Novruzov bildirib ki, 2024-cü ilin I yarımilində Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyəti illik iş planına və cari məsələlərə uyğun qurulmuşdur. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa, “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nə, “Naxçıvan Müəllimlər İnstitutunun 2022/2027-ci illərə dair 5 illik Strateji İnkişaf Planı”na, institutun Nizamnaməsinə, təhsil haqqında digər nörmativ-hüquqi sənədlərə və müvafiq Qərarlarının müddəalarına əməl olunmuşdur.
Rektor vurğulayıb ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş Naxçıvan Müəllimlər İnstitutunda tədrisin keyfiyyətli təşkili və səmərəliliyinin artırılması, elmi mühitin inkişaf etdirilməsi, elmi-pedaqoji kadr potensialının artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq əlaqələrinin yaradılması, ümumrespublika səviyyəli qabaqcıl ali təhsil müəssisəsi kimi tanıdılması istiqamətində görülmüş işlər 2024-cü ilin I yarımilində də davam etdirilmiş, institutun struktur bölmələri öz fəaliyyətini kadr potensialı və hazırlığı sahəsində, tədris və tərbiyə işləri sahəsində, pedaqoji təcrübə, yekun dövlət attestasiyası və yaz imtahan sessiyasının təşkili və keçirilməsi, institutun elmi-tədqiqat və innovasiya fəaliyyəti, xarici əlaqələr sahəsində, elmi və elektron kitabxananın fəaliyyətinə dair, mətbuat xidməti və təsərrüfat işləri sahəsində yerinə yetirmişdir.
Sonra institutun Tədris işləri üzrə prorektoru Elşən Məmmədov, Ümumi işlər üzrə prorektoru İlqar Hacıyev, Elmi katib Qurban Qurbanlı, fakültə dekanları Rövşən Vəliyev və Samirə Həsənova, Tədris Şöbəsinin müdiri Əhruz Mahmudova və Magistratura və doktorantura şöbəsinin müdiri Qızıltac Şahbazova yekun hesabatları təqdim edib, qarşıda duran vəzifələr və perspektivlər haqqında çıxış ediblər.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti