Naxçıvan Müəllimlər İnstitutunun Magistratura səviyyəsinə qəbul olunmuş bakalavrlar Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunmuş sənəd qəbulu müddətində elektron qaydada http:/portal.edu.az platformasında qeydiyyatdan keçməlidir.
Portaldan qeydiyyatdan keçmək üçün təqdim olunmalı sənədlər:
~Cari ilin məzunları üçün ali məktəbi bitirmələri haqqında arayış;
~Əvvəlki ilin məzunları bakalavr diplomunun və qymət cədvəlinin surəti;
~Ödənişli əsaslarla qəbul olunmuş magistrantlar üçün təhsil haqqının ödənilməsi barədə ödəniş qəbzinin surəti
~Təhsil haqqından azad olunanlar üçün bunu təsdiq edən sənədlərin notarial qaydada təsdiq olunmuş surətləri;
~Oğlanlar üçün hərbi uçot vərəqi;
İnstituta təqdim olunmalı sənədlər:
~Yuxarıda göstərilən sənədlərin çap olunmuş forması;
~Şəxsiyyət vəsiqəsinin surəti;
~Tərcümeyi hal;
~Bakalavrın imtahan nəticəsi haqqında məlumat
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər!
Ünvan: NMİ, birinci mərtəbə, 106 nömrəli otaq,
Əlaqə nömrələri: (036) 545-87-44 060-567-20-52