Əcnəbi qonaqlar Naxçıvan Müəllimlər İnstitutunda

29 iyun 2018-ci il tarixində Türkiyə Cumhuriyyətinin 43 universitetinin professor-müəllim heyəti Naxçıvan Müəllimlər İnstitutuna təşrif gətirmişlər. Nümayəndə heyəti İnstitutdakı yeni şəraitlə tanış olmuşlar. İnstitutun Tədris və tərbiyə işləri üzrə prorektoru Kamal Camalov Naxçıvanda təhsilə, o cümlədən Naxçıvan Müəllimlər İnstitutuna dövlət qayğısından, bu ali təhsil ocağının yaranma tarixindən və 18 illik elmi-pedaqoji fəaliyyətindən, dünyadakı bir çox elm ocaqları ilə əlaqələrindən danışaraq qonaqları məlumatlandırmışdır.