Açıq havada kitab müzakirəsi təşkil olunub

17 iyun tarixində Naxçıvan Müəllimlər İnstitutunda Kitabsevər tələbələrdən Amid Ataşovun təşkilatçılığı, Kitabxana və İnformasiya ixtisasında təhsil alan əyani və qiyabi tələbələrin iştirakı ilə Mir Cəlalın “İnsanlıq fəlsəfəsi” əsərinin müzakirəsi keçirilib. Müzakirədə Təbiət və incəsənət fakültəsinin dekanı, dosent Rövşən Vəliyev, Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi Aysu Rəsulzadə, Tələbə Gənclər Təşkilatının sədri Aygül Məmmədova və tələbələr çıxış edib. Çıxışlarda bildirilib ki, tələbələrin asudə vaxtlarının səmərəli təşkilində bu kimi tədbirlər tələbələrin inkişafında əhəmiyyətli rol oynayır. Xüsusən də müzakirələrdə tələbələrin könüllü iştirakı sevindirici haldır.
Müzakirədə qiyabi təhsil alan tələbələrə aktiv iştirak etdikləri üçün təşəkkürlər bildirilib və bu müzakirələrin davamlı keçirilməsi arzulanıb. Tədbirin gedişində əsər geniş şəkildə müzakirə edilib, tələbələr üçün maraqlı olan suallar cavablandırılıb.