8 iyun tarixində keçirilən müdafiələrdə institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov, Ümumi işlər üzrə prorektor Xəyal Camalov, ixtisaslaşmış komissiyanın üzvləri və elmi rəhbərlər iştirak ediblər.
Magistrantlar tədqiqat işlərinin əsas nəticələrini təqdim edib, komissiya üzvlərinin suallarını cavablandırıblar. Təqdim olunan dissertasiya işləri elmi səviyyəsi, aktuallığı və praktik əhəmiyyəti baxımından yüksək qiymətləndirilib.
Qeyd edək ki, dissertasiya müdafiələri təsdiq olunmuş qrafikə uyğun olaraq davam etdirilir.


