NMİ-də yaz imtahan sessiyası uğurla davam edir.

Naxçıvan Müəllimlər İnstitutunda 2025–2026-cı tədris ilinin yaz semestri üzrə yay imtahan sessiyası davam edir.
İmtahanların gedişini izləmək məqsədilə institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov imtahan zallarında olub, proseslə yaxından tanış olub. O, imtahanların mövcud qaydalara uyğun, şəffaf və obyektiv şəkildə təşkili ilə maraqlanıb, tələbələr üçün yaradılmış şəraitə baxış keçirib. Diqqətinizə çatdıraq ki, doğma ali təhsil ocağında bütün imtahan sessiya müddətlərində tələbələrin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi, eləcə də imtahan prosesinin şəffaf təşkili diqqət mərkəzində saxlanılır.