Naxçıvan Müəllimlər İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində “Təmiz dünya” adlı sərgi-tədbir keçirilmişdir.
Ümumilli lider Heydər Əliyevin layiqli davamçısı müzəffər ali baş komandan İlham Əliyevin 25 dekabr 2023 –cü il tarixli sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un məhz Azərbaycanda keçirilməsi ekloji məsələlərinin dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılmasının bariz nümunəsidir.
5 iyun ümumdünya ətraf mühitin mühafizəsi günü kimi əlamətdar bir gündə Naxçıvan Müəllimlər İnstitutunda “Təbiət və incəsənət fakültəsi”nin və “Ümumi fənlər kafedrası”nın müəllimi G.İbrahimovanın təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində “Təmiz dünya” adlı sərgi-tədbir keçirilmişdir. Tədbirin bədii hissəsində 5 saylı uşaq bağçasının balaca fidanları rəqslərlə, 8 saylı orta məktəbin şagirdləri bəddi qiraətlə çıxış etmiş, balaca rəssamlar ana təbiətlə bağlı şüarlar səsləndirmişlər, daha sonra institutun tələbələri ekoloji maarifləndirmə ilə bağlı olduqca maraqlı interaktiv təqdimat etmişlər. Həmçinin Təsviri incəsənət müəllimliyi ixtisasının tələbələrinin ekologiya ilə bağlı rəsm-dekorativ işləri sərgilənmişdir.
Bu tədbir hər üç təhsil pilləsində ekoloji həmrəyliyi nümayiş etdirən ilk tədbir silsiləsindən oldu. Dünya şöhrətli akademik siyasi xadim Həsən Əliyevin sözləri ilə desək “Ekologiya yaxın gələcəkdə bütün elmləri bir-biri ilə əlaqələndirən nəhəng və möhtəşəm bir çinar ağacını xatırladan fundamental, planetar əhəmiyyətli və çox perspektivli elmə çevriləcəkdir. Ekologiyasız başqa elmlərin inkişafı qeyri-mümükündür”.