Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin yekun konfransı keçirilmişdir.

   01.06.2023 – cü il tarixində Naxçıvan Müəllimlər İnstitutunda 2022/2023-cü tədris ilinin yaz semestrində keçirilmiş Pedaqoji və istehsalat təcrübələrinin yekun konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə açan institutun rektoru Azad Novruzov tələbələrin bilik və bacarıqlarının formalaşmasında pedaqoji təcrübənin əhəmiyyətindən danışıb. Rektor vurğulayıb ki, pedaqoji təcrübə kadr hazırlığında mühüm və məsuliyyətli mərhələ, peşəhazırlığı istiqamətində vacib addımdır. Qeyd edilib ki, təcrübə müddətində qarşıya qoyulmuş tədris məqsədinə nail olunub.
İnstitutun Pedaqoji təcrübə rəhbəri Təranə Əliyeva pedaqoji təcrübənin səmərəliliyi haqqında görülən məqsədyönlü tədbirlər, məktəblərdə təcrübəçilər tərəfindən hazırlanmış tərbiyəvi tədbirlər, keçirilmiş açıq dərslər və onların müzakirəsi haqqında əhatəli şəkildə danışmışdır.
Sonra institutun Tədris şöbəsinin müdiri Əhruz Mahmudova, Pedaqoji fakültənin dekanı dos.Samirə Həsənova, Təbiət və incəsənət fakültəsinin dekanı dos. Rövşən Vəliyevin çıxışları dinlənilmişdir. Onlar qeyd etmişlər ki, pedaqoji təcrübənin gedişinə müsbət təsir göstərən məktəbdaxili nəzarətin düzgün təşkili, təcrübəçi tələbələrin normal çalışmaları və müşahidə aparmaları üçün məktəb rəhbərlikləri tərəfindən yaradılmış əlverişli şərait, qabaqcıl metodist müəllimlərin tələbələrə işi yüksək səviyyədə olmuşdur.
Konfransda iştirak edən məktəb direktorları və bağça müdirələri təcrübədə olan tələbələrin fəaliyyəti haqqqında müsbət fikirlər söyləmişlər.
Sonda tələbələrin fikirləri öyrənilmiş, onların təkliflərinin müzakirə olunması haqqında qərar qəbul edilmiş və bir qrup tələbəyə göstərdiyi fəallığa görə təşəkkürnamə verilmişdir.