Təsviri incəsənət müəllimliyi ixtisasında təhsil alan tələbələr üçün ekskursiya və etüd təşkil edilib.
Yaşıl dünya naminə həmrəylik ili” və “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” münasibətilə Təsviri incəsənət müəllimliyi ixtisasında təhsil alan tələbələr üçün ekskursiya və etüd təşkil edilib.
Tələbələr Culfa rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən, Azərbaycan memarlığının ən dəyərli abidələrindən biri olan Gülüstan türbəsi və Ordubad rayon Gilançay vadisinin füsunkar təbiətində olublar. Onlar Gülüstan türbəsi ziyarətindən sonra, Gilançay ətrafında etüd ediblər.