Naxçıvan Müəllimlər İnstitutunda növbəti kitab müzakirəsi  keçirilmişdir

20190524_154843

 

24 may  2019-cu il tarixdə Naxçıvan Müəllimlər institutunda “Dəyirmi masa”da  növbəti kitab müzakirəsi keçirildi. Tədbir oxunması zəruri olan kitablar siyahısına daxil edilmiş  “Nizaminin hikmət və nəsihətləri” kitabının müzakirəsinə  həsr olunmuşdu. Kitab müzakirəsini  giriş sözü ilə açan institutun prorektoru,  dosent Azad Novruzov  qeyd etdi ki, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşər mədəniyyətinin yetirdiyi nadir şəxsiyyətlərdəndir.

Naxçıvan Müəllimlər İnstitutunun baş kitabxanaçısı Afət Həsənova “Nizaminin hikmət dunyası” mövzusunda çıxış edərək qeyd etdi ki, bu kitab Nizaminin əsərlərindən seçilmiş müdrik və ibrətamiz nəsihətlər  toplusudur. Dahi Nizaminin ölməz əsərləri həmişə aktualdır, bəşəridir və müasirdir.

İnstitutun  baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Allahverdiyeva “Nizami Gəncəvi  təlim-tərbiyə haqqında” mövzusunda, İbtidai sinif müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Ruqiyyə Qasımova  “Nizami kəlamlarından süzülən hikmətlər” mövzusunda çıxış etdilər. Davam edən müzakirələrdə professor Akif İmanlı, dosent Əbülfəz Əzimli öz fikirlərini ifadə etdilər. Tələbələr müzakirələrdə fəal iştirak etdilər.

Sonda Nizami Gəncəvinin əsərlərindən ibarət sərgiyə baxış keçirildi.