Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) fakültə turu keçirilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsində 2019/2020-ci tədris ilində Tələbə Elmi Cəmiyyəti (TEC) xətti ilə aparılmış tələbə elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş videobağlantı formatlı konfrans keçirilmişdir. Konfransda fakültənin professor-müəllim heyəti və TEC işi yerinə yetirən tələbələr iştirak etmişlər. Konfransı giriş sözü ilə açan fakültə dekanı, dosent Rövşən Vəliyev gənclərin elmi potensialının artırılması və institutumuzda fəaliyyət göstərən TEC işinin təkmilləşdirilməsi, düzgün koordinasiyası məqsədilə fakültədə görülən işlər haqqında məlumat vermişdir. Həmçinin o, qeyd etmişdir ki, TEC elmi  və  praktik işə ən çox istedadı və bacarığı olan tələbələrin aşkar edilməsinə,  həmçinin tədqiqat, layihə və istehsalat fəaliyyətinə hazır olan kadr potensialının hazırlanmasına çox böyük təsir göstərir.

Konfransın plenar iclasında beş nəfər tələbənin məruzəsi dinlənildikdən sonra konfrans beş bölmə üzrə öz işini davam etdirmişdir. Ümumilikdə, 42 nəfər tələbənin məruzəsi bölmələr üzrə dinlənilmiş, elmi və tədqiqatçılıq baxımından fərqlənən tələbələrin məruzələri institut turuna göndərilmişdir.

 

Naxçıvan Müəllimlər İnstitutu
mətbuat və ictimaiyyətlə əlaqələr xidməti