Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans yekunlaşdırılmışdır
Naxçıvan Müəllimlər İnstitutunda 13 may 2020-ci il tarixində “Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər-2020” mövzusuna həsr olunmuş videobağlantı formatlı elmi-praktik konfransın yekun iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov ümumilikdə konfransın mövcud vəziyyətdə yüksək səviyyədə təşkil olunduğunu qeyd etmiş və konfransın təşkilat komitəsinin əməyinə yüksək qiymət vermişdir. Sonra bölmə iclaslarının rəhbərlərinin hesabatları dinlənilmişdir. Məlum olmuşdur ki, ümumilikdə səkkiz bölmədə səksəndən artıq məruzə dinlənilmişdir.
İclasda yekun olaraq bölmələrin işinin ümumilikdə qənaətbəxş olduğu bildirilmiş və konfransda məruzə ilə çıxış edənlərə iştirakçı sertifikatların elektron qaydada çatdırılması, eyni zamanda konfrans materiallarının çapına qərar verilmişdir.