Naxçıvan Müəllimlər İnstitutunun kollektivi Pedaqoji fakültə və Xarici dillərin tədrisi metodikası kafedrasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Ulu Öndərin abidəsini ziyarət edib.
Tədbir iştirakçıları abidənin önünə 102 ədəd gül düzüb, Azərbaycanın qurucusu və memarı olan dahi şəxsiyyətin xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Ziyarətdən sonra iştirakçılar Heydər Əliyev muzeyində təşkil olunmuş ekskursiyada iştirak edərək Ümummilli Liderin zəngin həyat yolu, dövlətçilik fəaliyyəti və müasir Azərbaycanın formalaşmasında oynadığı tarixi rol barədə ətraflı məlumat alıblar.
Tədbir gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli dəyərlərə sədaqət, eləcə də Heydər Əliyev irsinin dərindən öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyıb.



+4
Tüm ifadeler:
Şahmurad Şahmarov, İslam Elisoy ve 27 diğer kişi

