Naxçıvan Müəllimlər  İnstitutunda “Məndə sığar iki cahan”adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir

Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin  Azərbaycanın  dahi  filosof şairi İmaddədin  Nəsiminin  650 illik  yubileyinin  keçirilməsi   ilə  bağlı məlum  sərəncamına uyğun olaraq Naxçıvan Müəllimlər  İnstitutunda   tədbir keçirilmişdir.Tədbiri giriş  sözü  ilə açan institutun rektoru Elbrus İsayev Azərbaycan xalqının   mənəviyyat  xəzinəsində layiqli yer tutmuş, ana dilli  şeirimizi  fəlsəfi- poetik  düşüncələri  ilə zənginləşdirən, şeirlərində dilimizin məna  imkanlarını  dolğunluğu ilə əks  etdirən  İmadəddin Nəsimi  irsinin klassik Azərbaycan mədəniyyətinin  formalaşmasındakı rolu,  mütəfəkkir şairin dərin elmi- fəlsəfi  baxışlarının  dünya poeziya  nümunələrinə təsiri haqqında tədbir iştirakçılarına məlumat  vermişdir. Giriş sözündən sonra institutun Tələbə teatr  studiyası tərəfindən hazırlanmış “Məndə sığar iki cahan” adlı ədəbi-bədii kompozisiyaya baxış olmuşdur. Tələbələrin  hazırladığı səhnələr,  xüsusən  İ.Nəsiminin  edam  olunmasını əks etdirən səhnə tədbir  iştirakçıları tərəfindən maraqla  qarşılanmışdır.

 

                                      NMİ-nin  Mətbuat və ictimayyətlə əlaqələr xidməti