Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr edilmiş ənənəvi elmi konfrans keçirilmişdir

muellimler3

Naxçıvan Müəllimlər İnstitutunda Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr edilmiş ənənəvi elmi konfrans keçirilmişdir. 

Konfaransı giriş sözü ilə institutun rektoru Elbrus İsayev açaraq qey etmişdir ki, bu gün müstəqill Azərbaycanımızdakı bütün inkişaf istiqamətləri Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz xalqın ən çətin vaxtlarında tarixi əhəmiyyətli qərarlar verərək ölkədə gedən özbaşınalıq və xaos hallarının qarşısını almaqla  Azərbaycanda demokratik, suveren dövlət ənənələrinin əsasını qoydu. Ümumilli lider xalq-dövlət birliyini formalaşdırmaqla müstəqilliyimizin əbədiliyini təmin etdi. Biz müstəqil Azərbaycan respublikasının vətəndaşlarıyıq və Ümummili liderimizin də dediyi kimi bununla fəxr edirik.

Sonra  Təbiət və incəsənət fakültəsinin dekan müavini, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Çapay Quliyev, pedaqogika üzrə fəlsəfə doktoru Qızıllı Əliyeva, Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə I kurs magistr tələbəsi İlkin Məmmədzadə, Təhsildə sosial-psixoloji xidmət üzrə II kurs magistr tələbəsi  Türkan Abbasova  çıxış etdilər.