Təbiət və incəsənət fakültəsində tələbə elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş konfrans keçirilib

2024–2025-ci tədris ilində Təbiət və incəsənət fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə aparılmış tələbə elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş elmi konfrans keçirilib.  Konfransın plenar iclasını giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev çıxış edərək konfransın plenar və bölmələr üzrə təşkilindən, fakültədə TEC xətti ilə aparılan elmi işlərin vəziyyətindən və müzakirə olunacaq mövzulardan bəhs edib.
Ardınca tələbələrin məruzələri dinlənilib. Riyaziyyat-informatika müəllimliyi ixtisası üzrə V kurs tələbəsi Fatma Bağırova “İqlim dəyişilməsinin insan sağlamlığına təsiri” mövzusunda, Təhsildə sosial psixoloji xidmət ixtisası üzrə III kurs tələbəsi Şamama Əhmədli “Autizim spektr pozuntusu olan uşaqların təlimində istifadə olunmalı metod və yanaşmalar” mövzusunda məruzə ilə çıxış edib.
Konfrans öz işini 9 bölmədə davam etdirib. Ümumilikdə 86 tələbənin məruzəsi dinlənilib və müzakirə olunub.