Tələbələrin əl işlərindən ibarət sərgi təşkil olunub
Bu gün Naxçıvan Müəllimlər İnstitutunda Ümumi fənlər kafedrasının təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi”nə həsr olunan Texnologiya müəllimliyi ixtisası III kurs tələbələrinin əl işlərindən ibarət sərgi keçirilib. Sərgini giriş sözü ilə açan institutun rektoru Azad Novruzov tədbirin, əhəmiyyətindən danışıb, institututda kadr hazırlığı aparılan Texnologiya ixtisası üzrə fəaliyyət göstərən emalatxanaların tələbələrə verdiyi töhfələri qeyd edib.
Sərgidə Ümumi fənlər kafedrasının müdiri, dosent Qızıllı Əliyeva çıxış edərək tədbirin keçirilməsində əməyi olan müəllimlərə və tələbələrə öz minnətdarlığını bildirib.
Tədris prosesində texnologiya emalatxanasında yüksək göstəricilərinə görə fərqlənən tələbələrə tərifnamələr təqdim olunub.
Sonra sərgiyə baxış keçirilib. Sərgidə ağac, metal, keramika, şüşə, plastik, kağız, karton və digər məmulatlardan hazırlanmış 100-dən artıq əl işi nümunələri nümayiş olunub. Yaradılan şərait və sərgi ilə yaxından tanış olanlar maraqlı nümunələri yüksək qiymətləndirib.