Naxçıvan Müəllimlər İnstitutunun Magistratura və Doktorantura şöbəsinin təşkilatçılığı ilə ikinci kurs magistrantların elmi-pedaqoji təcrübəsi çərçivəsində açıq dərslər keçirilib.
Təcrübənin əsas məqsədi magistrantların nəzəri biliklərini praktik bacarıqlarla birləşdirməsi, həmçinin pedaqoji fəaliyyət sahəsində peşəkarlıq səviyyələrinin artırılması olub.
Açıq dərslər zamanı magistrantlar bakalavr səviyyəsində təhsil alan tələbələr üçün hazırladıqları dərs planlarını auditoriyada tətbiq edərək müəllimlik bacarıqlarını nümayiş etdiriblər.
Dərslərdə Magistratura və Doktorantura şöbəsinin müdiri Qızıltac Şahbazova da iştirak edib. O, çıxış edərək açıq dərslərin təşkilinin əhəmiyyətini vurğulayıb, magistrantların elmi-pedaqoji fəaliyyətə hazırlığının yüksək səviyyədə olduğunu qeyd edib.
Açıq dərslər qarşılıqlı fikir mübadiləsi ilə davam edib, təcrübəli müəllimlər və tələbələr tərəfindən maraqla qarşılanıb.

