Rektor ümumtəhsil məktəblərində təcrübənin gedişi vəziyyəti ilə tanış olub

436222087_958282099286575_946648096761928591_n
Rektor ümumtəhsil məktəblərində təcrübənin gedişi vəziyyəti ilə tanış olub
16 aprel tarixində Naxçıvan Müəllimlər İnstitutunun Naxçıvan şəhər ümumtəhsil məktəblərində pedaqoji internaturada olan tələbələri ilə təcrübənin gedişi vəziyyəti məktəblərdə müzakirə olunmuşdur. Müzakirədə fakültə dekanları, pedaqoji təcrübə rəhbəri, bir qrup metodist və məktəb direktorları iştirak etmişdir.
Müzakirədə iştirak edən institutun rektoru Azad Novruzov pedaqoji təcrubənin məktəblərdə təşkilinə göstərdikləri köməkliyə görə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə və məktəb kollektivlərinə minnətdarlığını bildirmişdir.