Naxçıvan Müəllimlər İnstitutunun kollektivi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə “Naxçıvanqala” Tarix-Memarlıq Muzeyi Kompleksində olmuşlar.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin ali və orta  ixtisas təhsili  müəssisələrinin muzey günləri   qrafikinə uyğun olaraq Naxçıvan Müəllimlər İnstitutu nun professor-müəllim heyəti və tələbə kollektivi “Naxçıvanqala” Tarix-Memarlıq Muzeyi Kompleksində olmuşlar. Onu da qeyd  edək ki, bu dəfəki səyahət çox əlamətdar bir günə 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə təsadüf edir. Muzeydəki ekspanatlar, Tunc dövrünə aid olan (eradan əvvəl 3-2-ci minilliklər) duz mədənlərində əmək aləti kimi istifadə olunmuş daş gürzlər, tarixi əşyalar tələbələrin marağına səbəb olmuşdur. Qeyd olunmuşdur ki, sənətkarlığın inkişaf etdiyi və şəhər mədəniyyətinin formalaşdığı tarixi-etnoqrafik ərazilərdən biri kimi Naxçıvanqalanın əhəmiyyəti boyükdür. Sonra Naxçıvan Müəllimlər İnstitutunun kollektivi  “Naxçıvanqala” Tarix-Memarlıq Muzeyi Kompleksinin yaxınlığında yerləşən Nuh peyğəmbərin  məzarüstü türbəsini ziyarət ediblər.