Naxçıvan  Müəllimlər  İnstitutunun  rəssam  tələbələri  Naxçıvanda  ilk dəfə olaraq keçirilən “ArtBatlle”- “İncəsənət döyüşü” adlı  müsabiqənin qalibi olmuşlar

56308618_594236157719214_3363504368283287552_n

 

Naxçıvan Rəssamlar Birliyinin, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirin ilkin mərhələsi 4 aprel 2019-cu il tarixdə açıq səma altında – Bəhruz Kəngərli adına Rəssamlar Parkında keçirilmişdir.

Art Batlle’ ın gənc rəssamlar arasında keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, gənc istedadların üzə çıxarılması və tanıdılması, onlar arasında sağlam rəqabətin yaradılmasıdır.

Saat 11:00-dan 17:00-dək keçirilən İncəsənət “döyüşündə” əsasən Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun Təsviri incəsənət və rəngkarlıq ixtisasında təhsil alan və müsabiqələrdə fəal iştirak edən Naxçıvan Dövlət Texniki Kollecin tələbələri olmaqla 20 nəfər iştirak etmişdir.

Sonda Bəhruz Kəngərli adına sərgi salonunda mükafatlandırma mərasimi keçirilmişdir. Mərasimdə aşağıdakı tələbələr mükafatlandırılıb:

 

II yer Rəcəbov Mikayıl  – Naxçıvan Müəllimlər İnstitutu
II    yer   Hacıyev  Çinar   –  Naxçıvan      Müəllimlər   İnstitutu

 

 

NMİ  Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti