NMİ-də “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbir keçirilib

Bu gün Naxçıvan Müəllimlər İnstitutunda “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbir təşkil olunub.
Tədbiri institutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov giriş sözü ilə açaraq xalqımıza qarşı törədilən soyqırımı hadisələrinin unudulmamasının vacibliyindən bəhs edib.
Ardınca Humanitar və ictimai fənlər kafedrasının müəllimi, Tələbə Gənclər Təşkilatının sədri Altay Cəfərli “31 Mart-milli yaddaşımızda silinməz izlər” mövzusunda çıxış edərək tarixi faktlar əsasında ətraflı məlumat verib, iştirakçıların diqqətinə mühüm məqamları çatdırıb.
Çıxışlarda qeyd olunub ki, 31 Mart 1918-ci il hadisələri Azərbaycan xalqının tarixində ən faciəli səhifələrdən biridir. Bu günlərdə minlərlə günahsız insan vətənində, öz yurd yerlərində amansızcasına qətlə yetirilmiş, ailələri dağıdılmış və böyük acılar yaşamışdır. Vurğulanıb ki, bu hadisələr yalnız tarixi ədalətsizliyi göstərmir, həm də xalqımızın dirənişini, milli kimliyini və müstəqillik uğrunda mübarizəsini simvollaşdırır.
Belə tədbirlər gənc nəsli həm tarixi faktlarla tanış edir, həm də milli yaddaşın qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.