7 mart 2024-cü il tarixində Naxçıvan Müəllimlər İnstitutunda “8 Mart Beynəlxalq Qadınlar Günü” nə həsr olunmuş tədbir keçirilib.

431648586_932416565206462_3676739671322187823_n
Tədbirdə İnstitutun rektoru Azad Novruzov çıxış edərək ilk növbədə bizə qürur yaşadan şəhid analarımıza kollektivin ehtiramını qeyd edərək, şəhid analarının timsalında bütün qadınlarımızı “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibət ilə təbrik edib. Ölkəmizdə qadınların rolu, onlara göstərilən etimad və dövlət qayğısından danışıb. Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sferalarında yaradılan bərabər imkanlara toxunub. İnstitutda qadın əməkdaşların uğurlu fəaliyyətlərini təhlil edib.
Sonra Pedaqoji fakültənin təşkilatçılığı ilə hazırlanmış bədii hissə təqdim olunub və İncəsənət kafedrasının əməkdaşlarının və tələbələrin “8 Mart Beynəlxalq Qadınlar Günü” nə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.