Naxçıvan Müəllimlər İnstitutunda “Milli bayramımız – Novruz”a həsr olunmuş təntənəli tədbir keçirilmişdir

DSC_0438

18 mart 2019-cu il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda açıq havada “Milli bayramımız – Novruz”a həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə institutun rektoru Elbrus İsayev açaraq tədbir iştirakçılarını – professor-müəllim və tələbə heyətini salamlamış, qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmişdir. İnstitut kollektivi adından Naxçıvan Müəllimlər İnstitutuna göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlığını bildirmiş, sonra bütün kollektiv adından xalqımıza xoş günlər arzulamışdır.

Novruz tonqalı ətrafında kollektivin iştirakı ilə konsert proqramı, milli rəqsimiz olan “Yallı”, Novruz bayramına aid səhnəciklər göstərilmişdir. Tədbir  boyunca təsviri incəsənət ixtisasının tələbələrinin çəkdikləri şəkillər nümayiş olunmuşdur.