0-12 mart 2025-ci il tarixlərində bu ali təhsil ocağının magistratura səviyyəsində təhsil alan II kurs tələbləri üçün 3 günlük elmi- metodiki xarakterli təlim keçirilmişdir. İnstitutun elm və innovasiya məsələləri üzrə prorektorluğunun təşkilatçılığı ilə keçirilən təlimin məqsədi hazırda elmi-tədqiqat təcrübəsi keçən magistrantlara elmi-tədqiqatın əsasları, onun nəzəri və praktiki aspektləri haqqında ətraflı məlumat vermək, onlarda elmi-tədqiqat səriştələrinin təkmilləşdirilməsinə dəstək olmaqdan ibarətdir. Təlimin proqramı institutda magistratura səviyyəsində fəaliyyət göstərən Pedaqogika, Riyaziyyat müəllimliyi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, Təsviri incəsənət müəllimliyi ixtisasları üzrə qüvvədə olan Təhsil proqramları əsasında elmi-tədqiqat təcrübəsinin məqsəd və vəzifələrinə uyğun tərtib edilmişdir. Elm və innovasiya məsələləri üzrə prorektor dosent Qurban Qurbanlı və Elmi fəaliyyətin təşkili və təhlili üzrə baş metodist Gülnar Hüseynovanın apardığı təlimdə magistrantlarda elmi-tədqiqat işi aparmaq, onların nəticələrini təhlil etmək, alınan nəticələrin praktik əhəmiyyəti və onların tətbiqi imkanlarını müəyyənləşdirmək, elmi-tədqiqat işinin nəticələrini nəşrə hazırlanmaq istiqamətində praktiki bilik və bacarıqlarını formalaşdırması və inkişaf etdirilməsi diqqət mərkəzində olmuşdur. İştirakçıların rəyinə görə təlim magistr dissertasiyalarının hazırlanması və müdafiəsi istiqamətində maraqlı və məzmunlu, elmi-metodiki cəhətdən kifayət qədər yararlı olmuşdur.




Tüm ifadeler:
Şəbnəm Əliyeva, Gulnar Huseynova ve 32 diğer kişi