Naxçıvan Müəllimlər İnstitutunda “İnteraktiv təlim üsullarından istifadə etməklə təbiət fənlərinin inteqrasiya yolları” mövzusunda seminar keçirilmişdir
Bu gün Naxçıvan Müəllimlər İnstitutunda “İnteraktiv təlim üsullarından istifadə etməklə təbiət fənlərinin inteqrasiya yolları” mövzusunda seminar keçirilmişdir. Seminarı giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Azad Novruzov açdı. Seminarda “Riyaziyyat və təbiət fənlərinin tədrisində inteqrasiya məsələləri” mövzusunda “Təbiət və incəsənət” fakültəsinin dekanı Rövşən Vəliyev, “Həyat bilgisi dərslərində fənlərarası inteqrasiya” mövzusunda isə “Ümumfənlər kafedrası”nın baş müəllimi Lamiyə Quliyeva çıxış etdilər. “Ümumfənlər kafedrası”nın baş müəllimi Lamiyə Quliyeva çıxışında uşaqlarda dünyagörüşün, biliyin yaranması, möhkəmlənməsi, onun inama və əxlaq normalarına çevrilməsində Həyat bilgisi fənninin böyük rolu olduğunu qeyd etmişdir. Hər bir şagird təbiətin insan üçün nə dərəcədə vacib olduğunu dərk etməli, ondan səmərəli istifadənin faydasını bilməli və təbii ehtiyatları qorumağa səy göstərməlidir. Seminarda diqqəti çəkən yeniliklər iştirakçıların marağına səbəb olmuşdur.