ADA Universitetinin əməkdaşları Naxçıvan Müəllimlər İnstitutunun qonağı olub

ADA Universitetinin əməkdaşları Naxçıvan Müəllimlər İnstitutunun qonağı olub
09 mart 2022-ci il tarixdə ADA Universitetinin əməkdaşları-Kommunikasiya və rəqəmsal medyanın proqram rəhbəri Şəfəq Mehrəliyeva və Tələbə Qəbulu Şöbəsinin bakalavriat üzrə nümayəndəsi Elşad Göyüşov Naxçıvan Müəllimlər İnstitutunun qonağı olub.
Nümayəndələr müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrlə görüşüb. Görüşü giriş giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun Tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev qeyd edib ki, Naxçıvan Müəllimlər İnstitutu müxtəlif beynəlxalq təhsil proqramlarının aktiv üzvü kimi bir çox xarici və yerli universitetlərlə əməkdaşlıq edir. Bu tip görüşlər ali təhsil müəssisələri arasında müxtəlif istiqamətlərdə ikitərəfli münasibətlərin formalaşması və birgə layihələrin icrası üçün yeni imkanlar yaradır.
Qonaqlar ADA universiteti, onun fəaliyyəti, magistraturaya qəbul qaydaları və ixtisaslar barədə məlumat verib, tələbələrlə fikir mübadiləsi fotmatında öz təcrübələrini bölüşüblər.
Qeyd edilib ki, ADA Universiteti növbəti aylarda da mütəmadi olaraq bu formatda birgə görüşlərin, seminarların, diskusiyaların keçirilməsini planlaşdırır.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Author

Azərbaycan dili AZ English EN