Tədbiri giriş sözü ilə institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov açıb. O təlimçi İltifat İbrahimovu və tədbir iştirakçılarını salamlayaraq keçirilən təlimin əhəmiyyətini vurğulayıb və gələcək dövrlərdə bu kimi təlimlərin davamının olacağını bildirib.
Sonra Clarivate şirkətinin Azərbaycan üzrə nümayəndəsi İltifat İbrahimov institutun professor-müəllim heyəti, magistrant və doktorantları üçün Web of Science platformasının axtarış və analitika imkanları, təşkilat və tədqiqatçı profillərinin yaradılması, Journal Citation Reports və Master Journal List, ProQuest Full-Text Academic Databases, ProQuest Dissertations and Theses Global, və Ebook Central Academic Book Database eləcə də EndNote Online referans idarəetmə sistemi barədə geniş təqdimat edob, praktiki nümunələr göstərib. Tədbirin sual-cavab sessiyasında İştirakçıları maraqlandıran suallar cavablandırılıb.