“Məktəbdə psixoloji xidmətin təşkili və qarşıda duran vəzifələr” mövzusunda elmi – praktik konfrans keçirilmişdir

01 mart 2018-ci il tarixdə isə Naxçıvan MR Təhsil Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutu birlikdə  Culfa rayonunda Ordubad payon Təhsil Şöbəsi, Ordubad və Culfa rayon Daxili İşlər Şöbəsinin əməkdaşlarının da iştirakı ilə birlikdə “Məktəblərdə psixoloji xidmətin təşkili və qarşıda duran vəzifələr” mövzusunda elmi-praktik konfrans keçirmişlər.

Konfransı giriş sözü ilə açan Naxçıvan MR Təhsil Naziri Məmməd Qəribov  bildirdi ki, son illər Naxçıvan Müəllimlər İnstitutu ilə birlıkdə həyata keçirdiyimiz tədbirlər tədrisin bütün istiqamətlərində işimizə müsbət təsirini göstərməkdədir. Son illər məktəb psixoloqları ilə aparılan işlər, onların kurslardan keçirilməsi bu gün öz səmərəsini verməkdədir.  Artıq bu gün məktəb psixoloqlarının işi yeni mərhələdədır. Uşaqların məktəbə qəbulu zamanı məktəb psixoloqunun rəyinin nəzərə alınması onların öz işlərinə məsuliyyətini daha da arrtırmışdır.

Təhsil Naziri öz çıxışında psixoloq müəllimlərin iş təcrübələrinin ümumiləşdirilib yayılması,  nümunəvi iş planlarının hazırlanıb yayılması, şəxsi təhsil planları üzrə öz biliklərini artırması və digər məsələlərə münasibət bildirdi  O, göstərdi ki, Ötən dövr ərzində bir sıra respublika səviyyəli uğurlarımız olmuşdur ki, biz bu uğurlarla kifayətlənmir və arxayınlaşmırıq. Təkcə onu bildirmək istəyirəm ki,  ötən il Muxtar Respublika üzrə 70-ə qədər məktəb 100% qəbul planını yerinə yetirmişdir.

Təhsi Naziri onu da bildirdi ki, təhsil islahatlarının tələblərinə cavab verən yeni baxışlı müəllimlərin hazırlanmasında Naxçıvan Müəllimlər İnstitutunun əməli köməyini də xüsusi qeyd etmək istəyirəm. Psixoloq müəllimlərimizin kurslara cəlb edilməsi, onlarla aparılan işlər nəticə etibarı ilə yenidir. Psixoloq müəllimlərimizin kurslarda öyrəndikləri və əldə etdikləri vəsaitlər məktəbdə öz işlərini düzgün qurmağa kömək etmişdir. Ayrı-ayrı zonalar üzrə bu cür tədbirlərin keçirilməsi, qarşlıqlı fikir mübadilələri, yerlərdə keçirilən görüşlər məktəb işinin düzgün qurulmasına, dövlətimizin təhsillə bağlı qarşıya qoyulan tələblərinin həyata keçirilməsinə xidmət edir. 

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, AMEA-nın müxbir üzvü, professor Oruc Həsənli “Məktəbdə psixoloji xidmətin aktual problemləri” mövzusunda məruzə edərək bildirdi ki, bu gün biz bu cür  tədbirləri Muxtar Respublikamızın hər yerində keşiririk. Məlumdur ki, bu  gün  ümumtəhsil məktəblərinin vəzifəsi və məqsədi təhsil alanların ayrı-ayrı fənlər üzrə bilik və bacarıqlarının formalaşmasına nitq mədəniyyətinin ünsiyyət bacarığına çevrilməsi ilə yanaşı, onların idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını təmin etməkdən və onları psixoloji baxımdan gələcəyin əsl vətəndaşı hazırlamaqdan ibarətdir. Bu gün yetişməkdə olan nəslin inkişafını, tərbiyəsini düzgün təşkil etmək, sürətlə artan elmi-texniki yeniliklərin əsaslarını onlara mənimsətmək üçün uşaqların dərketmə imkanlarını, idrak proseslərinin inkişaf qanunauyğunluqlarını və bu prosesin necə aşılanması və tərbiyə edilməsini bilmək vacib və zəruridir.

Bu gün hər bir məktəb rəhbərinə məlumdur ki, psixoloq- müəllim ölkədə, dünyada gedən proseslərlə uşaqlar arasında əlaqələrin düzgün başa düşülməsinə, dərk edilməsinə istiqamətverici şəxsdir. Buna görə də yeni təhsil islahatının həyata keçirilməsində psixoloq müəllimlərin də üzərinə böyük və məsuliyyətli vəzifə düşür. Əsl vətəndaş tərbiyə etmək, cəmiyyətimizin gələcək qurucularını düzgün formalaşdırmaq üçün Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları olaraq məktəblərimizə, müəllimlərimizə, eləcə də psixoloq müəllimlərimizə hərtərəfli kömək göstərməyə daim hazırıq.

Sonra məruzə ətrafında  Naxçıvan Müəllimlər İnstitutunun Baş müəllimi Çapay Quliyev “Məktəbdə psixoloji xidmətin tətbiqində profilaktika işlərinin təşkili”, Ordubad  rayon İnternat  tam orta  məktəbin   psixoloqu Nuridə Məmmədli “Praktik psixoloqun kurikulumun tətbiqi haqqında və Praktik psixoloqun iş təcrübəsindən”, Ordubad rayon polis şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə inspektoru polis leytenantı Ülvi Həsənov  “Yeniyetmələrlə psixoloji işin təşkili” və Culfa rayon Əlincə polis bölməsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə inspektoru polis kapitanı Elxan Məhərrəmov “Yeniyetmələrin psixoloji hazırlanması” mövzularında çıxışları dinlənildi. Sonra qarşılıqlı geniş fikir mübadiləsi keçirildi, müəllimlərin sualları cavablandırıldı.

Sonda Naxçıvan Müəllimlər İnstitutunun rektoru, AMEA-nın müxbir üzvü, professor Oruc Həsənli tərəfindən konfrans iştirakçılarına məktəbdə psixoloji xidmətin təşkilinə dair yazılı materiallar və elektron SD-lər və metodik vəsaitlər  verildi.

Təhsi Naziri Məmməd Qəribob  tədbirə yekun vurdu.

 

                                                    Naxçıvan Müəllimlər İnstitutunun

                                                Mətbuat xidmət