Naxçıvan Müəllimlər İnstitutunda “Müasir dövrdə müəllim-şagird münasibətlərinin pedaqoji-psixoloji əsasları” mövzusunda elmi konfrans keçirildi

DSC_4560

Bugün Naxçıvan Müəllimlər İnstitutunda “Müasir dövrdə müəllim-şagird münasibətlərinin pedaqoji-psixoloji əsasları” mövzusunda elmi konfrans keçirildi. Konfransda institutun Pedoqogika və psixologiya kafedrasının əməkdaşları və tələbələr iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Pedoqogika və psixologiya kafedrasının müdiri, professor İsmayıl Əliyev açaraq bildirmişdir ki, müəllim-şagird münasibətləri bütün dövrlərdə aktuallıq kəsb edir və müəllimlərin  düzgün  qurulmuş pedaqoji ünsiyyəti şagird şəxsiyyətinin formalaşması və təlimin səmərəli təşkilində xüsusi rola malikdir. Bu baxımdan müasir dövrdə müəllim-şagird münasibətlərinin formalaşamasına təsir edən amillərin pedaqoji-psixoloji əsaslarının öyrənilməsi olduqca zəruridir.

Sonra “Müəllim-şagird münasibətlərinin formalaşmasına mənfi təsir göstərən müasir amillər” mövzusunda həmin kafedranın müəllimi psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev, həmçinin müxtəlif mövzularla Pedaqogika və psixologiya kafedrasının magistrantları Məmmədzadə İlkin və Heydərova Nərgizin çıxışları dinlənilmişdir. Çıxışların hər biri geniş diskussiya şəraitində müzakirə olundu.