“Xocalı, Soyqrımın Qisas Rəngləri” mövzusunda rəsm sərgisi keçirilib.

Naxçıvan Müəllimlər İnstitutunda “Xocalı, Soyqrımın Qisas Rəngləri” mövzusunda rəsm sərgisi keçirilib.
Giriş sözü ilə institutun rektoru Azad Novruzov, sonra İncəsənət kafedrasının müdiri, Əməkdar rəssam Həbibə Allahverdiyeva çıxış edib. Çıxışlarda bildirilib ki, qan yaddaşımıza yazılmış Xocalı-insanlığın faciəsidir. Qeyd olunub ki, bu gün Xocalı qurbanlarının ruhları şaddır. Çünki Vətən müharibəsində Ali Baş Komandanımızın siyasi iradəsi, qətiyyəti və rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi, mənfur düşmən üzərində şanlı Qələbə qazandı və bununla soyqırımı qurbanlarının da qisası alınmış oldu.
Sonra tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə qrafika və rəngkarlıq üslubunda işlənmiş kompozisiyalar, gənclərin həm soyqırım, həm də qisas və qələbə duyğularını əks etdirən əsərlər nümayiş olunub.