Şərur rayon Tənənəm kəndində nümunəvi dərs

Naxçıvan Müəllimlər İnstitutunun Müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Həsənəli Eyvazlı 25 fevral 2019-cu il tarixdə Şərur rayon Tənənəm kənd Tam orta məktəbində yuxarı sinif şagirdlərinə Nümunəvi dərs demiş və Xocalı soyqırımı ilə bağlı tədbirdə iştirak etmişdir. Tədbiri məktəbin direktoru Mustafa Eyvazov açdı. Şəhidlər bir dəqiqəlik sükutla yad edildi. Məktəbin tarix müəllimi Şükür İsmayılov və Həsənəli Eyvazlı çıxış etdilər. Şagirdlərin ifasında Xocalı soyqırımına aid şeirlər söylədilər.