Naxçıvan müəllimlər İnstitutunda “Xocalı soyqırımı bəşəriyyətə qarşı tarixi cinayətdir” mövzusunda tədbir keçirilmişdir

xocalinmiv3 1

25 fevral 2020-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başlamış və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov qeyd etmişdir ki, Azərbaycanın keçən əsrdə ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımından 28 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edildi. Bu işğal azərbaycanlılara qarşı birmənalı olaraq soyqırım olmuşdur. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106 qadın, 70 qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirildi. Son iki əsrdə Azərbaycan torpaqları hesabına Ermənistan dövləti yaratmış və onun ərazilərinin Azərbaycan torpaqları hesabına genişləndirən erməni millətçiləri dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, departasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törətmişlər. Xocalı faciəsi Azərbaycan xalqına qarşı aparılan etnik təmizləmə və soyqırım siyasətinin davamı olmaqla bəşəriyyətə qarşı tarixi cinayətdir. Daha sonra Azad Novruzov Naxçıvan Müəllimlər İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar keçirilən tədbirlərdən və professor-müəllim və tələbələrin üzərinə düşən vəzifələrdən danışdı.

Sonra institutun dosenti Həsənəli Eyvazlı “Xocalı faciəsi xalqımızın unudulmaz qan yaddaşıdır” mövzusunda məruzə ilə çıxış etmişdir.

Tədbirdə tələbələrin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş olunmuş və sonda tələbələrin Xocalı soyqırımını özündə əks etdirən rəsm sərgisinə baxış keçirilmişdir.