“EURİE” beynəlxalq təhsil samiti

IMG-20200220-WA0000

Bu günlərdə İstanbul şəhərində “EURAS” universitetlər birliyinin ənənəvi olaraq təşkil etdiyi “EURİE” beynəlxalq təhsil samiti keçirilir. Həmin samitdə Naxçıvan Müəllimlər İnstitutunu institutun əməkdaşı, pedaqogika üzrə fəlsəfə doktoru Çapay Quliyev təmsil edir. Tədbirin məqsədi universitetlər arası qarşılıqlı münasibətlərin qurulması, müəllim və tələbə mübadilələrinin həyata keçirilməsidir.