Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları Qarabağlar Türbə Kompleksində olmuşlar

Naxçıvan Müəllimlər İnstitutunun bir qrup müəllim və tələbəsinin QarabağlarTürbə Kompleksinə ekskursiyası təşkil olunmuşdur. Muzeyin bələdçisi müəllimlərə kompleks haqqında ətraflı məlumat verərəkbildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar TürbəKompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixliSərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islammədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi vətarixi əsaslarla bərpa edilmişdir.

Kompleks bir türbə və qoşa minarəli baştağdanibarətdir. Azərbaycan qülləvari türbələri tipinə aid olan on iki yarımsilindrinbirləşməsindən əmələ gələn, diametri 10 metrə yaxın, hazırki vəziyyətdəhündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağlarındördünün də baş tərəfində Qurani-Kərimin “Əl-Mumin” surəsinin 16-cı ayəsininson hissəsi yazılmışdır. Sonra müəllim və tələbələr kompleksin zalında nümayiş etdirilən eksponatlarlatanış olublar.

 

E.ə. III-II minilliklərə aid saxsı küpələr, e.ə. III minilliyə aid saxsıbardaq, III-VIII əsrlərə aid gil çölmək, e.ə. V əsrə aid bardaq tipli qab, e.ə. IIminilliyin sonlarına aid saxsı küpə, son tunc-ilk dəmir dövrünə aid digər saxsıməişət əşyaları və e.ə. III minilliyə aid saxsı boşqab xalqımızın məişətdə istifadəetdiyi qədim maddi-mədəniyyət nümunələri kimi iştirakçıların diqqətini cəlb edib.Sərgilənən mis qablar, daş dəstər, XIX əsrə aid mis məişət əşyaları və XII-XVIIəsrdə istifadə olunan qədim mis və gümüş sikkələr, o cümlədən kətan üzrərindəyağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri də müəllim və tələbələrtərəfindən maraqla qarşılanıb. Sonda ekskursiya iştirakçılarını maraqlandıran suallar muzeyin bələdçisitərəfindən cavablandırılıb

NMİ-nin Mətbuat və ictimaiyyətlə 


əlaqələr xidməti