Bugün Naxçıvan Müəllimlər İnstitutunda tələbələr üçün “Özgüvənin həyatımızda rolu” mövzusunda təlim keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və “Optimal” Qrup MMC-nin təşkilatçılığı ilə keçirilən təlimdə institutun 130 nəfər tələbəsi iştirak etmişdir.
Təlimdə “Optimal” Qrup MMC-nin psixoloqu Əsmər Rzayeva çıxış edərək gənclərdə özünəinamın formalaşdırılması, müsbət düşüncənin davranışa təsiri və s. psixoloji məsələləri diqqətə çatdırmışdır.
Sonda mövzu ətrafında gənclərlə birlikdə müzakirələr aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.