Naxçıvan Müəllimlər İnstitutunda kitab müzakirəsi keçirilib

1 16

Bugün Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birlikdə II siniflərin riyaziyyat və azərbaycan dili dərslikləri müzakirə olunub. Müzakirədə institutun professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri və tələbələr iştirak etmişlər. Müzakirə olunan kitablar elmi-metodiki, pedoqoji və psixoloji cəhətdən təhlil edilmişdir.