Naxçıvan Müəllimlər İnstitutunda “Praktik Azərbaycan dili: əməli yazılar, növləri, öyrədilməsi yolları” mövzusunda onlayn seminar keçirilib.
Naxçıvan Müəllimlər İnstitutunda “Praktik Azərbaycan dili: əməli yazılar, növləri, öyrədilməsi yolları” mövzusunda onlayn seminar keçirilib
27 yanvar 2021-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyat kafedrasının və Naxçıvan Muxtar Respublikası orta ümumtəhsil məktəblərinin 30 nəfər Azərbaycan dili və ədəbiyyat müəlliminin iştirakı ilə “Praktik Azərbaycan dili: əməli yazılar, növləri, öyrədilməsi yolları” mövzusunda onlayn seminar keçirilmişdir. Seminarı giriş sözü ilə institutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyev açaraq bildirmişdir ki, Naxçıvan Müəllimlər İnstitutunda mütəmadi olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müxtəlif mövzularda konfranslar, seminarlar və dəyirmi masalar, ixtisasartırma təlimləri təşkil edilir. Bu tip tədbirlərin həyata keçirilməsi müəllimlərin bilik və təcrübə mübadiləsini özündə ehtiva edərək işin daha səmərəli təşkilini stimullaşdırır.
Seminarda Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi, professor Sədaqət Həsənovanın “Əməli yazıların öyrədilməsi məsələləri” mövzusunda məruzəsi dinlənilmişdir. Seminar institutun professor-müəllim heyyətinin və orta ümumtəhsil məktəbləri müəllimlərinin mövzu ətrafında maraqlı müzakirələri ilə davam etmişdir.