Naxçıvan Müəllimlər İnstitutunda İxtisasartırma kurslarından keçmiş bir qrup məktəb psixoloquna sertifikatlar təqdim olunmuşdur.
17 dekabr 2018- ci il tarixində Naxçıvan Müəllimlər İnstitunda Muxtar Respublikanın 25 nəfər məktəb psixoloquna sertifikatlar təqdim olunmuşdur.
17 dekabr 2018- ci il tarixdən 21 dekabr 2018- ci il tarixədək NMİ – də 25 nəfər məktəb psixoloqu ixtisasartırma kursunda iştirak etmişdir. Həmin seminarda 8 təlimçi müəllim müdavimlərə pedaqoji və psixoloji mövzularda təlimlər keçmişlər. Təlim kursunun sonunda müdavimlər üçün qiymətləndirmə və yekun anket sorğusu keçirilmişdir. Test tapşırıqları 50 sualdan ibarət hazırlanmışdır. Verilən düzgün cavabların sayına görə I, II, III dərəcələr müəyyənləşdirilmişdir. Verilən düzgün cavabların sayı 44 – 50 olana I, 35 – 43 olana II, 26- 34 olana III dərəcəli sertifikatlar nəzərdə tutulmuşdur.
Bu gün NMİ –də I modul Peşə fəaliyyətinin ümumi əsasları üzrə təlim kursunda iştirak edən psixoloqlar üçün sertifikatların təqdim olunma tədbiri keçirilmişdir.
Tədbiri ğiriş sözü ilə NMİ –nin rektoru , tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev açaraq müdavimləri təbrik etmiş, keçirilən kursun əhəmiyyətindən danışmış, gələcəkdə bu kursların davam edəcəyini müdavimlərin diqqətinə çatdırmışdır. İxtisasartırma və yenidənhazırlanma üzrə prorektor Azad Novruzov çıxış edərək ixtisasartırma təhsilinin məzmunu və ixtisasartırma təhsilinin I təlim modulu üzrə tələb olunan təlim saatları, təhsil kreditləri haqqında məlumat vermişdir. Naxçıvan Müxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərov qarşıda duran vəzifələrdən danışaraq bildirmişdir ki, gələcəkdə bu tədbirlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulmuşdur.
Müdavimlərdən bir neçəsi çıxış edərək keçirilən seminarların onlar üçün çox böyük əhəmiyyət daşıdığını qeyd etmiş, öz mınnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda müdavimlərə sertifikatlar təqdim olunmuşdur.