Konfransın məqsədi

Konfransın keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən gənc tədqiqatçıları hibrid (ənənəvi və videobağlantı) formatda bir araya gətirmək, onların əldə etdikləri elmi nəticələrinin digər tədqiqatçılarla bölüşməsinə və müzakirə etməsinə, elmi tədqiqat, tərtibat və təqdimat bacarıqlarının inkişafına şərait yaratmaq, təhsil-tədqiqat-innovasiyaya olan maraqlarını daha da artırmaqdır.

Konfransın tələbləri

– A4 formatı, Word redaktoru, Times New Roman şrifti, 12 Pt;
– səhifənin parametrləri – hər tərəfdən 2 sm;
– materialın başlığı tünd, böyük hərflərlə ortada;
– müəllifin adı və soyadı, işlədiyi və ya təhsil aldığı müəssisənin adı, elmi dərəcəsi və elmi adı  (varsa), elektron ünvanı, elmi rəhbərinin adı və soyadı, elmi dərəcəsi və elmi   adı (varsa)  sağ tərəfdən;
– sətirlərarası interval – 1;
– istinadlar mətnin içində [5] və ya [5, s.124] şəklində;
– ədəbiyyat siyahısı materialın sonunda;
xülasə: məqalə üçünyazıldığı dildən başqa 1 xarici dildə (50-60 söz); tezis üçün yazıldığı dildən başqa 1 xarici dildə (30-40 söz);
– açar sözlər4-5 söz və ya söz birləşməsi;
– materialların həcmi: məqalə üçün  4-8 səhifə (Xülasə, Açar sözlərƏdəbiyyat siyahısı daxil olmaqla), tezis üçün 2-3 səhifə (XülasəAçar sözlər daxil olmaqla) həcmində olmaqla yazılır.  
       Qeyd: Təşkilat Komitəsi öncədən bildirməyi zəruri hesab edir ki, təqdim olunan məqalə və ya tezisin orijinallığı Strikeplagiarism proqramı vasitəsilə yoxlanılacaq, plagiat əlamətləri  və ya süni intellekt əsaslı qeyri-müstəqil məzmun göstəriciləri müəyyən edilən material qəbul edilməyəcəkdir.