Naxçıvan Müəllimlər İnstitutunda 2025-ci ildə icra edilmiş planlı elmi tədqiqat işlərinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Konfransın açılış mərasimində institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov çıxış edərək institutda həyata keçirilən elmi tədqiqatların əhəmiyyəti, il ərzində əldə olunan nəticələr və elmi fəaliyyətin inkişafına dair prioritet istiqamətlər barədə danışıb.
Daha sonra Elm və innovasiya məsələləri üzrə prorektor, dosent Qurban Qurbanlı bu sahədə görülən işlər, elmi fəaliyyətin təşkilində yeniliklər və 2025-ci ilin elmi nəticələri barədə məlumat verib.
Açılış mərasimindən sonra konfrans öz işini 11 bölmədə davam etdirib. Bölmə iclaslarında ümumilikdə 84 məruzə dinlənilib, mövzular ətrafında fikir mübadiləsi aparılıb və tədqiqat işlərinin nəticələri qiymətləndirilib.
Konfransın sonunda məruzəçilərə və iştirakçılara sertifikatlar təqdim edilib.


