NMİ-də “Asılılıqlar gənclərin emosiyalarını necə idarə edir” mövzusunda dəyirmi masa keçirilib.

“Pedaqogika və psixologiya” kafedrasının nəzdində fəaliyyət göstərən “Təfəkkür” psixologiya dərnəyinin təşkilatçılığı ilə “Asılılıqlar gənclərin emosiyalarını necə idarə edir” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada əvvəlcə kafedranın müdiri Sevinc Vəliyeva giriş sözü ilə çıxış edərək, gənclər arasında yayılmış asılılıq formalarının psixoloji təsirlərindən, onların emosional tənzimləməyə göstərdiyi mənfi və müsbət istiqamətli təsirlərdən bəhs edib. O, mövzunun aktuallığını vurğulayaraq, gənclərin emosional sağlamlığının qorunmasında maarifləndirmə tədbirlərinin mühüm rol oynadığını qeyd edib.
Daha sonra dəyirmi masada dərnəyin rəhbəri Nuray Sadiqova “Gənclərdə asılılıqların emosional tənzimləməyə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Məruzə zamanı o, asılılıqların psixoloji mexanizmləri, emosional dalğalanmalar və davranış dəyişiklikləri barədə faktlara əsaslanan məlumatlar təqdim edib, gənclərin sağlam emosional inkişafı üçün tətbiq edilə bilən profilaktik tədbirlərə toxunub.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və gənclərin psixoloji maarifləndirilməsi istiqamətində gələcək fəaliyyət planları müzakirə olunub.