Naxçıvan Müəllimlər İnstitutunda 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Naxçıvan Müəllimlər İnstitutunda “Ordu quruculuğunda Ulu Öndər Heydər Əliyevin ideyaları” mövzusunda tədbir keçirilib. Tədbir həm də 2020-ci il Vətən müharibəsində qazanılmış Qələbənin 5-ci ildönümünə həsr olunub.
Tədbirdə ilk öncə Azərbaycanin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra tədbir giriş sözü ilə institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov açaraq iştirakçıları bayram münasibətilə təbrik edib. O, ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğuhər iki dövrdə ordu quruculuğuna verdiyi töhfələrdən danışaraq qeyd edib ki, bu gün qüdrətli Azərbaycan Ordusunun əsası məhz Ulu Öndərin rəhbərliyi dövründə qoyulub. Rektor vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq ərazi bütövlüyümüzü bərpa edib.
Tədbirdə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri Xatın Ağayeva “Milli orduda Azərbaycan qadınının rolu” mövzusunda çıxış edərək qadın hərbçilərin ordu sıralarındakı fəaliyyətindən və onların vətənpərvərlik ruhunda yetişməsindəki rolundan bəhs edib.
Ardınca Tələbə Gənclər Təşkilatının sədri Altay Cəfərli “Azərbaycan Ordusu: Quruculuqdan Qələbəyə” mövzusunda çıxış edərək gənclərin orduya münasibəti, torpaq uğrunda mübarizədə nümayiş etdirdikləri fədakarlıq və zəfərə gedən yol barədə fikirlərini bölüşüb.
Tədbirin sonunda Vətən müharibəsində qazanılmış ələbənin 5-ci ildönümü və Silahlı Qüvvələr Günü münasibətilə “Şuşa, sən azadsan!” sənədli filmi nümayiş etdirilib. Film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və Şuşanın azadlığı uğrunda aparılan döyüşləri əks etdirən təsirli kadrlar tədbir iştirakçılarında dərin vətənpərvərlik hissləri yaradıb.
Sonda tədbir iştirakçılarına təşəkkür edilib, Azərbaycanın hərbi gücünün daha da möhkəmləndirilməsi və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində maarifləndirici tədbirlərin davam etdiriləcəyi vurğulanıb.