Naxçıvan Müəllimlər İnstitutunda imtahan sessiyası uğurla davam edir

Bu gün institut rəhbərliyi imtahan prosesinin təşkili və gedişi ilə yerində tanış olub.
İnstitutun rektoru vəzifəsini icra edən Elşən Məmmədov, Elm və innovasiya məsələləri üzrə prorektor Qurban Qurbanlı, eləcə də Ümumi işlər üzrə prorektor Xəyal Camalov imtahanların keçirildiyi auditoriyalarda olublar. Onlar imtahanların şəffaf və obyektiv aparılması məqsədilə görülən tədbirlərlə tanış olub, tələbələrin təklif və müraciətlərini dinləyiblər.