NMİ-də “Ulu Öndər Heydər Əliyev və konstitusiya quruculuğu” mövzusunda dəyirmi masa keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda“Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində “Ulu Öndər Heydər Əliyev və konstitusiya quruculuğu” mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbiri institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov açaraq, Ulu Öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğundakı əvəzsiz rolunu vurğulayıb. O, qeyd edib ki, müasir Azərbaycan dövlətinin hüquqi əsaslarının möhkəmləndirilməsində və Konstitusiyanın hazırlanmasında Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi həlledici rol oynamışdır.
Sonra çıxış edən institutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov, Azərbaycanın müstəqillik illərində hüquqi islahatların istiqamətləri və Konstitusiya islahatlarının milli dövlətçiliyin inkişafındakı əhəmiyyəti barədə danışıb.
Tədbirdə Humanitar və ictimai fənlər kafedrasının müdiri Aytəkin Qəhrəmanova “Heydər Əliyev irsi və müasir Azərbaycan Konstitusiyasının formalaşması” mövzusunda məruzə ilə çıxış edərək, Ümummilli Liderin hüquq sistemi sahəsində qoyduğu təməllərin bu gün də aktual olduğunu bildirib.
Kafedranın müəllimi Altay Cəfərli isə “Konstitusiya dəyişiklikləri və hüquqi modernləşmə” mövzusunda çıxış edərək, son illərdə aparılan islahatlar fonunda hüquqi modernləşmə proseslərinin ölkənin inkişaf strategiyasındakı yerindən bəhs edib.
Sonda iştirakçılar tərəfindən mövzu ətrafında fikir mübadiləsi aparılıb.