Naxçıvan Müəllimlər İnstitutunda 02 iyun tarixindən etibarən 2024–2025-ci tədris ilinin yay semestrinin imtahan sessiyasına başlanılıb. Sessiyanın obyektiv və şəffaf keçirilməsini təmin etmək məqsədilə institut rəhbərliyinin qərarı ilə operativ qərargah yaradılıb. Həmçinin fakültələrdə münaqişə komissiyaları təşkil olunub, şikayət və təkliflər qutusu yerləşdirilib.
İnstitutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov imtahanların təşkili prosesini yaxından izləyib, fakültələrdə keçirilən imtahanlara baxış keçirib və tələbələrlə görüşüb. O, tələbələrə uğurlar arzulayaraq, imtahanların ədalətli və şəffaf keçirilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib.
Qeyd edək ki, imtahanlar əsasən yazılı formada keçirilir və hər bir tələbəyə cavablandırma üçün kifayət qədər vaxt ayrılır. Sessiya müddətində texniki və təşkilati dəstək məqsədilə xüsusi nəzarətçi heyəti fəaliyyət göstərir.
Bütün tələbələrimizə uğurlar arzu edirik!

