“28 May – Müstəqillik Günü” münasibətilə Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Son iclas” bədii-sənədli filminin nümayişi keçirilib. Tədbirdə institutun rektoru vəzifəsini icra edən Elşən Məmmədov, Ümumi işlər üzrə prorektor Xəyal Camalov, Elm və innovasiya məsələləri üzrə prorektor Qurban Qurbanlı bir qrup müəllim və müxtəlif ixtisaslar üzrə təhsil alan tələbə heyəti iştirak edib.


