5 may tarixində Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və İncəsənət fakültəsi və İncəsənət kafedrasının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” nə həsr olunmuş “Konstitusiya və Suverenlik simvolları rənglərin işığında” adlı rəsm sərgisi keçirilib.
Sərginin açılışında institutun rektoru vəzifəsini icra edən Elşən Məmmədov çıxış edərək, bu cür tədbirlərin gənclərdə vətənpərvərlik ruhunun və hüquqi düşüncənin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O, tələbələrin yaradıcılığında konstitusiya və suverenlik mövzularının bədii ifadəsinin əhəmiyyətini qeyd edərək, bu təşəbbüsün təqdirəlayiq olduğunu deyib, sərgidə əməyi keçən müəllim və tələbələrə təşəkkürünü bildirib.
Sərgidə tələbələrin müxtəlif texnika və janrlarda işlədikləri əsərlər nümayiş olunub. Əsərlərdə Azərbaycanın dövlətçilik rəmzləri, konstitusiya prinsipləri və milli suverenlik ideyaları rənglərin dili ilə ifadə olunub. Tələbələrin yaradıcılıq nümunələri sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Sərgi, gənclərin hüquqi və vətənpərvərlik mövzularına olan marağını artırmaqla yanaşı, onların yaradıcılıq potensialının inkişafına da töhfə verib

