Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyəti “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş ağacəkmə aksiyası həyata keçirib. NMİ-nin iməcilik sahəsində təşkil olunan aksiya zamanı ərazinin yaşıllaşdırılması məqsədilə 50 ədəd müxtəlif növ ağac tingi əkilib.
Qeyd olunub ki, bu cür aksiyalar ekoloji mühitin yaxşılaşdırılması ilə yanaşı, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Gələcəkdə də bu istiqamətdə işlərin davam etdirilməsi nəzərdə tutulur.

