17 mart 2026-cı il tarixində Naxçıvan Müəllimlər İnstitutunda milli ənənələrimizi yaşadan Novruz bayramı münasibətilə şənlik keçirilib. Tədbirdə institutun rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Şənlikdə institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov çıxış edərək, Novruz bayramı münasibətilə institut kollektivini təbrik edib. O, bu bayramın milli-mənəvi dəyərlərimizin qorunmasında mühüm rolunu vurğulayıb.
Bayram proqramı rəngarəng musiqi və rəqs nömrələri ilə davam edib. Tələbələr milli rəqslər, maraqlı səhnəciklər və musiqi nömrələri ilə çıxış ediblər. Ənənəvi tonqal yandırılıb, ətrafında xoş əhval-ruhiyyə ilə mahnılar oxunub, birlik və həmrəylik ruhu hiss olunub.
Tədbir iştirakçıları Novruzun gəlişini birlikdə qeyd etməyin onlara xüsusi ruh yüksəkliyi bəxş etdiyini bildirib, təşkilatçılara təşəkkür ediblər. Şənlik yadda qalan anlarla başa çatıb.


